Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şərqin ilk qadın opera müğənnisi

Bu gün Azərbaycanın ilk qadın opera müğənnisi, xalq artisti Şövkət Məmmədovanın doğum günüdür.
Simsar.az xəbər verir ki, Şövkət Məmmədova 1897-ci il aprelin 18-də Tiflisdə kasıb bir ailədə anadan olub.
Pinəçi olan atası qızının musiqi istedadını hiss edəndə Şövkətin 6 yaşı var idi. 1910-cu ildə o, Qafqaz vilayətinin qubernator müavini qraf İllarion Vornontsov Daşkovun təşkil etdiyi ziyafətdə çıxış etməsi üçün sponsor axtarışında da olub. Atası Milyonçu Hacı Zeynalabdinin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə isə Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin təhsili yarımçıq qalır və Ş.Məmmədova Rusiyaya qayıtmalı olur.

Musiqişünasların ehtimallarına görə isə, təqaüdün kəsilməsinin əsas səbəbi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə Şövkət Məmmədova arasındakı inciklik olub. Belə ki, gözügötürməyənlər Milanda təhsil alan bu xanımın barəsində müxtəlif şayiələr yayaraq onu Hacının gözündən salıblar. Şövkət Məmmədova isə əlacsız qalaraq, təhsilini Tbilisi musiqi məktəbində davam etdirməli olur. O, həmin il dahi bəstəkar Üzeyir Hacıbəyovla tanış olur.

Ş.Məmmədova Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. 15 yaşlı Şövkət Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa edir.

Konsertdən əldə olunan vəsait isə Ş.Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirmişdi. Qoçular Şövkət Məmmədovanı öldürmək qərarına gəlirlər, lakin gənc müğənni Üzeyir bəy və dostlarının köməyi ilə faytona mindirilir və Abşeron kəndlərinin birində gizlədilir.

1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına daxil olur və konservatoriyada oxuduğu müddətdə bəstəkar Reynqold Qlier ilə tanış olur. Şövkət xanımın təşəbbüsü ilə Qlier Azərbaycana gəlir və musiqi folklorumuzu öyrənir. Bəstəkar səfərindən bəhrələnərək “Şahsənəm” operasını yazır və əsəri Şövkət Məmmədovaya ithaf edir.

1921-ci ildən başlayaraq o, Rusiya, Fransa, İtaliya, İran və Gurcustanda çıxışlar edib. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur və 1912-ci ildə axıra çatdırılmamış təhsilini tamamilə bitirir.

Şövkət Məmmədova opera və balet teatrında “Sevilya bərbəri” operasında Rozina, “Riqoletto”da Cilda, “Şah İsmayıl”da Gülzar, “Arşın mal alan”da Gülçöhrə və başqa aparıcı partiyaları ifa edib. Şövkət xanım Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini yaradır. Onun təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır.

Ömürün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə professional vokal dərsləri verib. Şövkət Məmmədova 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub.

Xalq artisti 1982-ci il iyunun 8-də Bakıda vəfat edib.






18 Aprel, 2014  12:05 Baxılıb: 1054 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner