Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ Ukraynaya hərbi yardım edəcək

Simsar.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Çak Heygel mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın yardımına dərmanlar, dəbilqə, döşək və Ukrayna hərbi qüvvələri üçün su təmizləmə sistemləri daxildir. Bundan başqa, Ukrayna sərhədçiləri üçün çadır, çox da güclü olmayan generatorlar və yanacaq nasosları da yardıma daxil edilib.

“Rusiyanın təcavüzü NATO alyansını gücləndirməkdə bizim qərarımızı yenilədi. Biz həm də Şərqi və Mərkəzi Avropada əlavə tədbirləri qiymətləndiririk. Bu tədbirlər Rusiya təcavüzünü təxribat və ya hədə-qorxu məqsədi güdmür. Amma, onlar kollektiv müdafiədə NATO-ya dəyişməz sədaqət nümayiş etdirməlidirlər”.

Pentoqon rəhbəri xatırladıb ki, NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən alyansın istənilən bir üzvünə hücumu, NATO-ya üzv olan bütün ölkələrə hücum kimi qiymətləndirir.

“ABŞ alyans üçün kritik zamanda 5-ci maddədə nəzərdə tutualn öhdəliklərinin yerinə yetirilməsinə sadiqdir” - deyə Çak Heygel bildirib.






18 Aprel, 2014  09:30 Baxılıb: 584 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner