Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İlahi oyun” təqdim olundu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İlahi oyun” tamaşasının premyerası olub. Simsar.az xəbər verir ki, “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış birhissəli soylamanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.
Tamaşada rolları əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, artistlərdən Nigar Güləhmədova və Novruz Novruzlu oynayıblar.
“Kitabi-Dədə Qorqud” dastanında türk mifologiyasına uyğun olan ailə mövzusu önə çəkilir. Tamaşanın əsasını da məhz bu məqam təşkil edir.
Müzikl şəklində hazırlanıb soylamada mətn dastanda olduğu kimi səsləndirilib. Anlaşılmaz olan sözləri isə aktyorlar tamaşaçılara öz ifaları, hərəkətləri vasitəsilə çatdırmağa çalışıblar.
Epik teatr janrı, mifologiya və bu qədər arxaik bir nümunə nə adət edilmiş rejissor dəst-xəttini, nə də aktyor ifasını tələb edir. Buna görə də tamaşaya başqa cür yanaşmaq lazımdır.
Tamaşa həm arxaik, həm də moderndir. Səhnə əsərində estetika və düşüncə tərzi, onun ideyası, toxunulan məsələlər, əski çağdan üzü bəri insanları düşündürən bir çox problemlər öz həllini teatr dili ilə çox doğru və dəqiq tapıb.
Gənc rejissor tərəfindən işlənən “Dirsə xan oğlu Buğac” boyunun məşhur hadisələri dünənin həqiqətlərindən qidalanaraq və bu günün görüntüsündən çıxış edərək qopuz və qavalın sədaları ilə tamamilə fərqli düşüncə forması və ənənəvi olmayan səhnə əsərinin ərsəyə gəlməsinə imkan verib.
Xronometrajı 80 dəqiqə olan səhnə əsəri tamaşaçıları türk qəbilələrinin əsrarəngiz dünyasına, miflər aləminə, sakral məkanına daxil olmağa çağırır.

Günel






18 Aprel, 2014  09:23 Baxılıb: 873 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner