Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Hürrəm Sultanın öldüyü gündür

Hürrəm Sultan Osmanlı dövlətinin 10-cu padşahı Sultan Süleyman Qanuninin həyat yoldaşı və sultan II Səlimin anasıdır. Səlimdən əlavə onun iki oğlu - Şahzadə Abdullah, Mehmet də olub. Ancaq onlar gənc yaşlarında vəfat ediblər. Hürrəm Sultan Osmanlı sultanı ilə nikahla evlənmiş ilk Avropalı qadındır.

XVI-XVII əsr mənbələrinə görə Hürrəm ukraynalı pravoslav keşişinin qızıdır. O, keçmiş Polşa Krallığının bir hissəsi olan indiki Qərbi Ukraynanın Lvov şəhərindən 68 km cənub-şərqdə yerləşən Roqatin şəhərində dünyaya gəlib. 1520-ci illərdə o, Krım tatarları tərəfindən qaçırılaraq əvvəlcə qul ticarəti mərkəzi olan Krım şəhəri Kaffaya gətirilib, buradan isə İstanbula aparılıb və Sultan I Süleymanın hərəminə daxil edilib.

XVI əsr mənbələrində onun qızlıq adı haqqında etibarlı məlumat yoxdur, lakin sonrakı dövrlərdə, yəni XIX əsr Ukrayna mənbələrində adı "Anastasiya" (Nastya), polyak mənbələrində isə "Aleksandra Lisovska" olaraq verilir. Əsasən Hürrəm Sultan və ya Hürrəm "balsaq" Sultan olaraq bilinir. Avropa dillərində Roksolana, Rokselane, Rozza, Ruziak, türk dilində Hürrəm, ərəb dilində isə Karima olaraq istifadə edilib. "Roksolana" onun Ukraynadan gəlmə (dövrümüzdə –Ruslana) ləqəbidir.

Hürrəm Sultan 18 aprel 1558-ci ildə vəfat edib. O, Süleymaniyyə məscidindəki, Cənnət bağı rəsmini əks etdirən, incə İznik kirəmitindən tikilmiş türbədə dəfn olunub. Onun türbəsi Süleymanın türbəsiylə bitişikdir.







18 Aprel, 2014  07:15 Baxılıb: 717 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner