Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Narkotik satmaq istəyərkən tutuldu

Azərbaycan gömrükçüləri İrandan gətirilmiş külli miqdarda narkotik vasitələri satmaq istəyən Azərbaycan vətəndaşını tutublar.

Ssimsar.az-ın verdiyi məlumata görə, Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilib satılacağı barədə olunacağı əməliyyat məlumatı daxil olub.
Keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Talıbov Kamil Mirhüseyn oğlu Biləsuvar Gömrük İdarəsi "Qoşa Təpə" gömrük postu-Biləsuvar avtomobil yolunun təqribən 3 kilometrliyində yerləşən ehtiyat su anbarının qarşısında, kolluqların arasından, 1 ədəd torbada içərisində üzəri yapışqanlı lentlə sarınmış 3 ədəd bağlamada 2 kiloqram 690 qram həşiş qətranı və digər 3 ədəd bağlamada 2 kiloqram 645 qram tiryək narkotik vasitələrini satmaq məqsədilə götürərkən yaxalanıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə cinayət işi başlanıb.

Talıbov Kamil Mirhüseyn oğlu şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə ona ittiham elan edilərək Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.






17 Aprel, 2014  16:13 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner