Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ƏƏSMN: 1500 nəfər əlilliyi olan şəxsə xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bərpa-müalicə müəssisələrində cari ilin birinci rübü ərzində 1500 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Simsar.az-ın verdiyi məlumata görə, onlardan 283 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır. 
Bərpa-müalicə xidməti ilə təmin olunanların 158 nəfərini Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, habelə hərbi xidmət zamanı əlil olanlar təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölgələrdə üzrə ümumilikdə, 14 bərpa-müalicə müəssisəsi, o cümlədən, Bakı və Naxçıvan Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Hazırda nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzində və Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri aparılır. Yaxın vaxtlarda nazirliyin Sumqayıt, Yevlax, Naftalan şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində, Bakı şəhər Uşaq Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında da əsaslı təmir işlərinə başlanacaq. Təmir işlərindən sonra qeyd olunan bərpa-müalicə müəssisələrinin müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunması, bu müəssisələrdə tibbi bərpa ilə yanaşı, sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün də şəraitin yaradılması nəzərdə tutulur.








17 Aprel, 2014  14:51 Baxılıb: 601 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner