Aprelin 5- də Bakı sakini Yetər Qəhrəmanovanın ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsiylə bağlı axtarış işləri başa catıb. Simsar.az-ın verdiyi məlumata görə, Bakı BPİ DYPİ və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Orxan Babayev tərəfindən törədilməsi müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb.