Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda beynəlxalq konfrans keçirilir - FOTOLAR

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında “Pediatriyanın aktual problemləri”nə həsr olunmuş elmi-praktik konfrans və seminar işinə başlayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə reallaşan konfransda rektor, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Daha sonra seminarda amerikalı mütəxəssislər Susan Vear, Cim Varpinski Tədris-Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev uşaqlarda talassemiya, astma və allergiya xəstəlikləri ilə bağlı məruzələr söyləyiblər. Azərbaycanın tanınmış pediatrları, Səhiyyə Nazirliyinin mütəxəssisləri, ATU-nun professorları Hüseyn Qabulov, Amalya Əyyubova, Zemfira Mirzəyeva və digərləri Azərbaycanda uşaq xəstəlikləri ilə bağlı məruzələrlə çıxış ediblər. Məruzələrdə ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

Aprelin 19-dək davam edəcək konfransda mövzu üzrə elmi məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Simsar.az







17 Aprel, 2014  13:24 Baxılıb: 782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner