Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BANM-da Pavel Pototskinin yubileyi keçirilib

Dünən Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri Polşanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə birgə XX əsrin əvvəllərində Bibi - Heybət ərazisində dənizin bir hissəsinin torpaqlanmasında fövqəladə rol oynamış polşalı mühəndis Pavel Nikolayeviç Pototskinin “Bayıl limanı” ərazisindəki qəbrini ziyarət edib və məzarının üstünə gül dəstələri qoyublar.
Sonra Bakı Ali Neft Məktəbinin akt zalında əfsanəvi mühəndis Pavel Pototskinin anadan olmasının 135-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan rektor Elmar Qasımov Heydər Əliyevin və prezident İlham Əliyevin tarixi irsimizin öyrənilməsinə və təbliğinə, Azərbaycanın tarixində əhəmiyyətli rol oynayıb şəxslərin xatirəsinin yad edilməsinə xüsusi önəm verdiklərini qeyd edib, ölkəmizin neft tarixinə şanlı səhifələr yazmış polşalı mühəndis Pavel Pototskinin Bibi Heybət ərazisindəki dənizin bir hissəsində torpaqlama işlərinə rəhbərlik etdiyini, bu hadisənin dünya tarixində dənizdə neft hasilatının başlanğıcı kimi tanındığını, qədirbilən Azərbaycan xalqının bu işdə böyük fədakarlıq göstərib Pavel Pototskinin xatirəsinə hörmət və ehtiram bəslədiyini qeyd edib.
Konfrans iştirakçıları Pavel Pototskinin xatirəsini bir dəqiqəlik sükutla yad
Konfransda çıxış edən Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov Azərbaycanla Polşa arasında diplomatik əlaqələrin qurulmasının tarixi, bu əlaqələr çərçivəsində siyasi, iqtisadi və mədəni əməkdaşlıq istiqamətlərində həyata keçirilmiş layihələr, onların hər iki ölkənin həyatına verdiyi töhfələr, Azərbaycan-Polşa əlaqələrinin bu günki vəziyyəti və perspektivləri haqqında məruzə edib. O, Bakı Ali Neft Məktəbinin kollektivi tərəfindən görkəmli mühəndis Pavel Pototskinin xatirəsinin yad edilməsinin təqdirəlayiq olduğunu və Polşa- Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Polşanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Labenda Polşa- Azərbaycan əlaqələrinin uzun tarixə malik olduğunu, XIX əsrdən başlayaraq bir çox polşalı mütəxəssislərin Azərbaycanda, Bakıda fəaliyyət göstərdiklərini, polşalı memarların müəllifləri olduğu çoxsaylı binaların unikal memarlıq abidələri kimi indiyə kimi qorunub saxlandığı, Azərbaycanda işləmiş polyak mənşəli mütəxəssislərin sırasında yol mühəndisi Pavel Nikolayeviç Pototskinin şəxsiyyətinin və fəaliyyətinin xüsusi qiymətə layiq olduğunu vurğulamış, Pavel Pototskinin Bibi Heybət ərazisində torpaqlama işlərində rolundan danışmış, bu şəxsin həm polşalı, həm də azərbaycanlılar üçün qürur mənbəyi olduğunu qeyd edib və Pavel Pototskinin xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan hökumətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə və Bakı Ali Neft Məktəbinin kollektivinə minnətdarlığını bildirib.
Konfransda rejissor Ziya Şıxlinskinin “Şopenin qayıdışı” qısametrajlı filmi nümayiş etdirilib.






16 Aprel, 2014  10:42 Baxılıb: 712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner