Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Xəmsə” sərgisi açılıb

Muzey Mərkəzinin sərgi salonunda rəssam Məhər Məhərrəmovun Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan “Xəmsə” adlı fərdi sərgisi açılıb.
Simsar.az xəbər verir ki, tədbirdə çıxış edənlər Məhər Məhərrəmovun istedadını, əl işlərini yüksək qiymətləndiriblər. Bildirilib ki, gənc olmasına baxmayaraq rəssam özünəməxsus üslubda əsərlər yaradıb.
Sərgiyə gələnlər rəssamı təbrik etmiş, ona yaradıcılıq uğurları və Azərbaycan təsviri sənət nümunələrini dünyada tanıtmaq üçün daha mötəbər sərgilərdə iştirak etməyi arzulayıblar.
Məhər Məhərrəmov sərgidə təqdim edilən əsərləri 6 ay ərzində çəkdiyini söyləyib.
Sonra sərgiyə baxış olub.
Sərgidə rəssamın Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarına vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40 ədəd əsəri sərgilənib.
Sərginin əsas məqsədi Nizami Gəncəvi yaradıcılığının gözəllik, ədalət, igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz mübarizə ideyalarını rəsm əsərlərində cəmiyyətə təqdim etdirmək, dahi şairimizin həyat və yaradıcılığının yaşadıb.
Sərgi 2 gün davam edəcək.

Günel






16 Aprel, 2014  09:44 Baxılıb: 1050 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner