Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Teatrımız qastroldan fəxri fərmanla qayıdıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) kollektivi Rusiya Federasiyasından qastrol səfərindən qayıdıb.
Teatrın mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, aprelin 6-dan 14-dək davam edən qastrol səfəri Rusiyanın Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram teatrlarını əhatə edib.
Qastrol çərçivəsində teatrın yaradıcı kollektivi 3 tamaşa nümayiş etdirib.
Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında Yevgeni Şvartsın eyniadlı əsəri əsasında hazırlanan “Qırmızı papaq” tamaşasının nümayişi məktəblilər, azyaşlılar, valideynlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. Həştərxanın teatr ictimaiyyəti və teatrın rəhbərliyi, həmçinin tamaşaçılar peşəkar aktyor oyununu və istedadlı rejissor işini yüksək qiymətləndiriblər.
Uğurla keçən qastrol səfərinin bağlanış mərasimində Həştərxan Vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi və teatrın rəhbərliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə qarşılıqlı yaradıcılıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə öz təşəkkürünü bildirib. Sonra Həştərxan vilayətinin mədəniyyət nazirinin Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkür məktubu təqdim olunub.
Səfər çərçivəsində ADGTT-nin kollektivi Kalmıkiya Respublikasının Elista şəhərindəki B.Basanqov adına Milli Dram Teatrında Y.Şvartsın “Qırmızı papaq”, Avstriya dramaturqu Peter Türrininin “Axır ki...” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşalarını nümayiş etdirib.
Uğurla keçən qastrol səfərinin bağlanış mərasimində çıxış edən Kalmıkiya Respublikası Baş nazirinin müavini Larisa Vasilyeva Kalmıkiya Respublikasının rəhbəri Aleksey Orlovun müvafiq sərəncamını oxuyub. Sərəncama əsasən, Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov və teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov “Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüşlər.
Kalmıkiya Respublikasının mədəniyyət nazirinin müavini Nikolay Sandjiyev beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsində əldə olunan uğurlara görə teatrın aktyorları, əməkdar artistlər Almaz Mustafayevaya, Qurban İsmayılova, aktyor İlham Əsədova və baş redaktor Səriyyə İsmayılovaya fəxri fərmanlar təqdim edib.
Tədbirdə Elista Şəhər Administrasiyası rəhbərinin müavini Qalina Vaskina və şəhər administrasiyasının təhsil şöbəsinin müdiri İste Muşayev çıxış edərək təşəkkür məktublarını təqdim ediblər.
Kalmıkiya Respublikası Teatr Xadimləri İttifaqının nümayəndəsi Klara Yesinovna Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə teatrın rejissoru Gülnar Hacıyevaya və aktyorlar Günel Məmmədovaya, Zülfiyyə Alhüseynovaya və Vüsal Mehrəliyevə fəxri fərmanlar təqdim edib.
Kalmıkiya Respublikası hökuməti başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, “Kalmıkiya Respublikasında Azərbaycan konqresi” qeyri-hökumət təşkilatının sədri Sabir Quliyev teatrın baş redaktoru Səriyyə İsmayılovaya “Zolotoy rukovoditel” (“Qızıl rəhbər”) fəxri fərmanını təqdim edib.
S.Quliyev, həmçinin teatrın rəhbərliyinə müxtəlif hədiyyələr təqdim edib.
Tədbirdə B.Basanqov adına Milli Dram Teatrının direktoru, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi Qalina Şurayeva və bədii rəhbər, Rusiyanın Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev qastrol səfərindən söhbət açaraq ADGTT-nin təqdim etdiyi maraqlı tamaşalar üçün teatrın rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Mübariz Həmidov və teatrın baş rejissoru Bəhram Osmanov çıxış edərək göstərilən səmimi münasibətə görə minnətdarlıqlarını bildirib, Rusiya və Azərbaycan teatrları arasındakı qarşılıqlı yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyinə əmin olduqlarını söyləyiblər.

Günel






16 Aprel, 2014  09:29 Baxılıb: 920 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner