Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlərə 1000 manat pul mükafatı

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Mətbuat Şurası ilə birlikdə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar jurnalistlər üçün müsabiqə həyata keçirir. “Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır” mövzusunda keçiriləcək müsabiqəyə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından gözlənilən nəticələr istiqamətləri üzrə məqalələr, televiziya və radio süjetləri təqdim edilə bilər. İqtisadiyyat və Sənaye Nazirliyindən Simsar.az-a verilən məlumata görə, sözügedən müsabiqədə yerli, ölkəmizdə akkreditə olunmuş xarici KİV-lərin əməkdaşları, müstəqil jurnalistlər fərdi və ya müştərək halda iştirak edə bilərlər. Hər bir jurnalist və ya qrup yalnız bir material təqdim etmə hüququ var.
Azərbaycan, rus və ya ingilis dilində yazılması mümkün olan məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalı, dövlət qeydiyyatına alınmış KİV-də yayımlanmalıdır. Televiziya və ya radio süjetlərdə “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir.
Hazırlanan materialı müsabiqəyə təqdim etmək üçün məqalələrin çap, televiziya və radio süjetləri isə DVD versiyası iştirakçının vəsiqəsinin surəti ilə birlikdə may ayının 1-dək nazirliyə, elektron formada isə “vusala.guliyeva@economy.gov.az” poçt ünvanına göndərilməlidir.
Müsabiqənin qalibləri may ayının 10-a dək müəyyən olunacaq.
Onu da qeyd edək ki, qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq. Pul mükafatı birinci yer 1000 manat ikinci yer 800 manat üçüncü yer 600 manat həvəsləndirici mükafat 400 manat müəyyən edilib.

Simsar.az








15 Aprel, 2014  19:59 Baxılıb: 988 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner