Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Arif Babayev: “Elnur Aslanovun dindirilməsi yalandı”

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin rəisi Elnur Aslanovun Milli Təhlükəsizlik Nazirliyində dindirilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”

Bunu APA-nın sorğusuna cavab olaraq Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib.

Onun sözlərinə görə, E. Aslanovun MTN-də 6 saat ifadə verməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur.

Qeyd edək ki, bəzi KİV-də E. Aslanov MTN-də altı saat ərzində dindirilməsi barədə məlumat yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, dindirilmə zamanı E. Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşüb. E. Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb.







15 Aprel, 2014  17:27 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner