Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mehmanxanaların gəliri artıb

Dövlət Statistika Komitəsindən Simsar.az-a bildirlib ki, 2013-cü ildə ölkədə 530 mehmanxana və mehmanxana tipli müəssisə mövcud olub. Mehmanxanaların 5,1 faizi dövlət, 94,9 faizi isə qeyri-dövlət müəssisələridir.

Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2012-ci illə müqayisədə 11,2 faiz artaraq 171,3 milyon manata çatıb. Gəlirlərin 64,7 faizi nömrələrin satışından, 23,4 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışından, qalan hissəsi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Müəssisələrin xərcləri 31,4 faiz artaraq 145,5 milyon manat təşkil edib.

2013-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta illik siyahı sayı 2012-ci illə müqayisədə 938 nəfər artaraq 8259 nəfərə çatıb. Bir işçiyə düşən orta aylıq əməkhaqqının məbləği 448,1 manat təşkil edib.

2013-cü ildə ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin yüklənmə səviyyəsi 13,5 faiz təşkil edib. Bu göstərici Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında, Ağstafa, Qəbələ, Masallı, Xaçmaz, Lənkəran, Quba, Şamaxı, Qax, Qusar və Şəki rayonlarında ölkənin digər rayon və şəhərlərinə nisbətən daha yüksək olub.

Günel






15 Aprel, 2014  12:22 Baxılıb: 778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner