Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SOCAR Ukraynada daha bir məntəqə açdı

Ukraynanın Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqələri açılıb.  Simsar.az Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, YDM-lərdə Polşa, Litva və Belarusun aparıcı emal zavodlarında istehsal olunmuş, Avro-4, Avro-5 standartlarına cavab verən neft məhsulları reallaşdırılacaq. Assortimentə A-92, A-95, A-95 TM “Nano” benzinləri, TM “Nano” dizel yanacağı daxildir. Xvelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən bu ilk komplekslərin ərazisində avtomobilin su təminatı, təkərlərin doldurulması kimi xidmətlər pulsuzdur.    Müştərilər pulsuz internet xidmətindən istifadə etmək, mobil telefonlara enerji yükləmək imkanına da malikdirlər. Şəhər tipli YDM-lər kompakt şəkildə inşa olunub. Onlar həm yerləşmə planı, həm də xidmət baxımından çox rahatdır. Bununla da Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkas, Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri açılmış olub.






14 Aprel, 2014  20:45 Baxılıb: 625 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner