"Xətai" metrosunun arxasında, köhnə zavod ərazisində yanğın baş verib
Simsar.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, əraziyə yığılan zibilliyin yandırılması çoxmərtəbəli bina üçün təhlükəli vəziyyət yaratdığından, hadisə yerinə FHN üç yanğınsöndürmə briqadası cəlb edib. Hazırda yanğın lokallaşdırılıb və ətraf binaların təhlükəsizliyi təmin edilib.