Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayevadan soyqırımla bağlı TƏKLİF

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İstanbul Ticarət Odası Qondarma Erməni Soyqırımı İddiaları ilə bağlı Məclis Komissiyasının üzvləri ilə görüşüb. Nümayəndə heyətinin tərkibinə İTO Yönetim Kurulu üzvü Öztürk Oran, Qondarma  Erməni Soyqırımı İddiaları ilə bağlı Məclis Komissiyasının sədri Mustafa Balkuv, Məclis sədrinin müavini Ahmet Özer, Məclis üzvləri Kazım Əkinçi, Hava Dəmir, Rasim Mazlum ve Mahmud Özdən, Azərbaycanla bağlı müxtəlif araşdırmaları ilə tanınan  AKP millət vəkili Prof. Dr. Seyit Sərtçəlik, Qarabağ məsələsi və Xocalı soyqırımı, Azərbaycanla bağlı məqalələrin müəllifi jurnalist-yazar Seyfullah Türksoy daxil olub.

Qənirə Paşayeva bildirib ki, qardaş ölkələr olan Azərbaycan ilə Türkiyənin bütün sahələrdə əməkdaşlıq etməsi müsbət haldır. Millət vəkili Qarabağ həqiqətlərinin yayılması, qondarma erməni soyqırımı iddialarına qarşı ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması üçün iki ölkə arasındakı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Gələn il qondarma erməni soyqırımının 100-cü ili ilə bağlı erməni diaspor və təşkilatlarının daha da fəallıq göstərəcəklərini qeyd edən millət vəkili erməni yalanlarına qarşı mübarizə və həqiqətlərin təbliği istiqamətində Azərbaycan və Türkiyənin qeyri-hökumət təşkilatlarının vacibliyini qeyd edib.

Komissiya barədə məlumat verən Öztürk Oran 2015-ci il üçün müxtəlif işlər görüldüyünü, bu istiqamətdə Azərbaycanla iş birliyinin yaradılmasının vacibliyini qeyd edib.

Görüşün sonunda Qənirə Paşayeva Xocalı, Qaradağlı, Bağanis-Ayrım soyqırımları ilə bağlı həmmüəllifi olduğu kitabları, Azərbaycan həqiqətləri filmlər seriyasını qonaqlara hədiyyə edib.

Simsar.az

 






14 Aprel, 2014  17:19 Baxılıb: 740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner