Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik 216 tələbəyə boş iş yeri göndərişi verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu günlərdə “Odlar Yurdu” Universitetində “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirində 216 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verib. 

Bununla yanaşı, tədbir zamanı müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması məqsədilə işəgötürənlər tərəfindən 515 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunub.

Xatırladaq ki, yuxarı kurs tələbələri və məzunların əmək bazarına inteqrasiyasına köməklik məqsədilə təşkil olunan tədbir zamanı 9-u dövlət, 77-i isə özəl sektora aid ümumilikdə 86 müəssisə və təşkilat tərəfindən 855 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilmişdi.

İl ərzində tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə digər univeristetlərdə də aktiv məşğulluq tədbirinin həyata keçirilməsi nəzərdə tutulur.






14 Aprel, 2014  17:14 Baxılıb: 660 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner