Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK elektron xidmətlərin ümumi sayını açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında” 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarına uyğun olaraq vətəndaşlara 12 növ elektron xidmət göstərir.
Vətəndaşların bu xidmətlərdən 2014- cü ilin birinci rübündə istifadə etməsinə dair statistik məlumatları aşağıdakı kimidir:
Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu xidmətindən istifadə edənlərin sayı 25974 nəfər təşkil edib.
Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi xidmətindən 57217 nəfər istifadə edib.
Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidmətindən 92150 nəfər istifadə edib.
Namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi xidməti 33976 nəfər təəşkil edib.
Bakalavrların bakalavr pilləsinə qəbul olmaq üçün təqdim etdikləri ərizələrin iş nömrələrinin axtarışı sistemindən 125319 nəfər istifadə edib.
Sınaq imtahanına yazılış 55392 nəfər təşkil edib.
Onlayn sınaq imtahanının keçirilməsi 3149 olub.
İnternetdə video mühazirələrin sayı 157064 olub.
TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı 92779 təşkil edib.
TQDK nəşrlərinin və onların elektron versiyalarının onlayn satış sayı 274 olub.
TQDK-nın yenilikləri barədə SMS məlumatlandırma xidmətinin sayı 567, ümumilikdə isə TQDK tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edilməsi ilə bağlı statistik məlumatların sayı 643861 olub.

Aysel Kərimova








14 Aprel, 2014  15:25 Baxılıb: 825 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner