Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MTRŞ: “Görünür, ANS şirkətlər qrupu islah olunmayıb” – ÖZƏL

“İnzibati-tənbeh tədbiri tətbiq edilmiş hər bir şəxsin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ var. Qanunvericiliyin tələbinə uyğun olaraq, ANS Müstəqil Yayım və Media Şirkətinə tənbeh tədbiri tətbiq olunub. Bu sözləri Simsar.az-a açıqlamasında MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verməsinə aydınlıq gətirərkən deyib.

“Onlara cərimə cəzası tətbiq olunmalıydı. Sadəcə olaraq ANS-in əmlak vəziyyətinin aşağı olduğunu və özlərinin də xahişini nəzərə alaraq, Şura onlara xəbərdarlıq cəzası tətbiq etməklə kifayətlənib”.

T. Məmmədov deyib ki, qanunvericilikdə yüngüləşdirici normalar var və Şura bunu nəzərə alaraq ANS-ə xəbərdarlıq cəzası tətbiq etdi. “Tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs bundan nəticə çıxararaq islah olunmalıdır. Görünür ki, ANS şirkətlər qrupu islah olunmayıb. Milli Televiziya və Radio Şurası bundan sonra da hər-hansı telekanlada qanun pozuntusu aşkar edərsə,qanunvericiliyin tələbinə uyğun qərar verəcək”.

MTRŞ sözcüsü ANS-də yayımlanan “Adam içində” verilişində qanunsuz müalicə metodlarının (cinçıxarma yolu ilə) gizli rekalmı, şəxsin hipnoz olunması kimi qeyri-qanuni səhnələrin göstərilməsi ilə mövcud etik qaydaların pozulma hallarına yol verildiyini bildirib.

Xatırladaq ki, 14 yanvar 2014-cü il tarixdə MTRŞ-in iclası keçirilib. Həmin iclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-in həmin gün yaydığı açıqlamada deyilirdi ki, 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, ”Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.


Aysel Kərimova









14 Aprel, 2014  12:49 Baxılıb: 808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner