Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Sabirabadda seçiciləri ilə görüşdü – FOTOLAR

Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb

Milli Məclisin üzvü, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüş keçirib. Simsar.az xəbər verir ki, 65 saylı dairədən deputat seçilən akademik Ə.Əmiraslanov seçicilərin müraciətləri ilə tanış olub, onların problemləri ilə maraqlanıb.

YAP Sabirabad rayon təşkilatında keçirilən görüşdə əvvəlcə millət vəkili Əhliman Əmiraslanov çıxış edərək son illər respublikamızda əhalinin rifahının yüksəldilməsi üçün görülən işlərdən danışıb. Daha sonra görüşdə iştirak edən seçicilər müxtəlif səpkidə problemləri ilə əlaqədar deputata müraciət ediblər. Rayon sakinləri bəzi kəndlərdə məktəblə bağlı problemləri, müxtəlif sosial məsələləri səsləndiriblər. Sabirabadlı seçicilər həmçinin səhiyyə sahəsində müəyyən yardım istəyiblər. Əhliman Əmiraslanov bəzi məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verib.

Sabirabadda keçirilən görüşdə Sabirabad rayon YAP sədri Natiq Quliyev və rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirak ediblər.






14 Aprel, 2014  11:42 Baxılıb: 806 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner