Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

ANS MTRŞ-i məhkəməyə verdi

ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib.
Femida.az-ın məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən şirkət MTRŞ-in ANS-lə bağlı 14 yanvar 2014-cü il tarixli qərarının ləğv edilməsini tələb edir.

Belə ki, qeyd olunan tarixdə MTRŞ-in iclası keçirilib. Həmin iclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-in həmin gün yaydığı açıqlamada deyilirdi ki, 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, ”Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.

Qeyd edək ki, söhbət 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişindəki məşhur “cinçıxarma” əhvalatından gedir.






14 Aprel, 2014  11:34 Baxılıb: 670 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner