Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Pestisidlər, kimyəvi və bioloji maddələrin satış qaydaları müəyyənləşib

Azərbaycanda pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışının təşkili qaydaları müəyyənləşib

Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı mövcud qanunvericiliyə və bu Qaydalara uyğun olaraq həyata keçirilməlidir.

Simsar.az xəbər verir ki, bu Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda əksini tapıb.

Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı zamanı istehlakçıya bu Qaydaların 5.10-cu bəndində nəzərdə tutulanlardan əlavə aşağıdakı məlumatlar da çatdırılmalıdır;

-pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatından keçməsi, qeydiyyat şəhadətnaməsinin və toksikoloji rəyin verilməsi tarixi;

-onların təhlükəlilik dərəcəsi;

- tərkibi;

- çəki vahidi, yaxud həcmi;

- hazırlanma tarixi;

- tətbiqi qaydaları;

-zəhərlənmə zamanı ilkin yardımın göstərilməsi haqqında;

-istehsalçının adı;

-preparatın satış adı;

-təsiredici maddənin adı.

-Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı yalnız istehsalçının qablaşdırdığı vəziyyətdə (tarada) həyata keçirilməlidir.

-Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr qablaşdırılmış şəkildə satışa çıxarılmalıdır. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qablaşdırılmasında müvafiq icra hakimiyyəti orqanlarının icazə verdiyi qablaşdırma materiallarından istifadə olunmalıdır.

-Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr ticarət zalında təyinatı üzrə (bitki, heyvan mühafizəsi, mineral və üzvi gübrələr və s.) qruplaşdırılmalı və ətraf mühitin çirklənməsinə yol verilməməlidir. Satıcı onların saxlanılması, ticarət zalında yerləşdirilməsi və satışı zamanı təhlükəsizliyin təmin edilməsi qaydalarına riayət etməlidir.

-. Dövlət sınağından keçməmiş, dövlət qeydiyyatına alınmamış, standartlara və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta və keyfiyyətsiz pestisidlərin və aqrokimyəvi vasitələrin satılması qadağandır.

-Satıcı istehlakçının tələbi ilə onu pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamənin surəti ilə tanış etməyə borcludur.

- Dövlət sanitariya və fitosanitar nəzarəti orqanlarının icazə verdiyi yerlərdən kənarda pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı qadağandır.
-Pestisidlər və aqrokimyəvi vasitələr sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə cavab verən satış zallarında və anbarlarda saxlanılmalıdır.

Aysel Kərimova






14 Aprel, 2014  11:23 Baxılıb: 2441 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner