Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tağı Əhmədov: “Qohumlarım haqda yazılanlar yalandır”

Uzun illər Bakı Metropoliteninin rəisi vəzifəsində çalışmış Tağı Əhmədov artıq xeyli vaxtdır ki, dövlət başçısının sərəncamı ilə vəzifəsindən kənarlaşdırılsa da, onun barəsində gəzən şayiələr bitmək bilmir. 
Bu dəfə də xəbər agentliklərində Metropolitenin yeni rəisi Zaur Hüseynovun sabiq sədr Tağı Əhmədovun qohumlarını işdən çıxarması ilə bağlı xəbərlər yer alıb.
Tağı Əhmədov mətbuata verdiyi açıqlamasında bu haqda deyilənlərin əsassız olduğunu bildirib: “İndi də bu xəbəri uydurublar? Tamamilə əsassızdır. Qohumlarım haqda yazılanlar yalandır. Yaxınlarımın Bakı Metropoliteninin yeni rəisi tərəfindən işdən çıxarılması cəfəngiyyatdan başqa bir şey deyil”.
Xatırladaq ki, bu günlərdə bir sıra saytlarda yer almış sözügedən xəbərdə Zaur Hüseynovun keçirdiyi qapalı iclasda sabiq sədr Tağı Əhmədovun qohumlarının müəyyələşdirilməsi və onların fəaliyyətinin yoxlanılması ilə bağlı təlimat verdiyi qeyd olunub. Guya o, Tağı Əhmədova bağlı kadrların işdən çıxarılacağını elə iclasdaca bildirib. Mənbənin iddiasına görə, artıq Zaur Hüseynovda Tağı Əhmədovun qohum-əqrəbasının siyahısı var və mayın 1-dən bu siyahıya uyğun sabiq rəisin qohumları işdən cıxarılacaqlar. Məlumatda o da bildirilir ki, yeni rəisin hədəfində olan həmin 1500 şəxs əslində işə çıxmayan, amma uzun müddətdir ki, dövlətdən əmək haqqı və sosial təminat alanlardır. Hətta məlumata əsasən, Tağı Əhmədovun yaxın qohumu olan idarə rəisinin əslində natamam təhsilli olduğu aşkar olunub. Onun təqdim etdiyi ali təhsil haqqında diplomun saxta olduğunu öyrənən Zaur Hüseynov təcili tədbir görülməsi tapşırığını verib.






14 Aprel, 2014  10:21 Baxılıb: 649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner