Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda moda festivalı keçirilib

“Excelsior Hotel Baku”da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Bakı moda festivalı” keçirilib.

Simsar.az xəbər verir ki, festivalın təntənəli açılış mərasimində diqqətə çatdırılıb. ki, layihənin məqsədi Azərbaycan incəsənətinin geyim dizaynının və eləcə də moda sənətinin inkişafına təkan verilməsi, gənc istedadlı rəssamların və modelyerlərin üzə çıxarılması və onların tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən peşəkar modelyerlərlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsidir.

Festival çərçivəsində 15-29 yaş arası 15 gənc modelyer-rəssamların kolleksiyalarının eskiz həllərindən ibarət geyimlər nümayişi olunub. Xüsusi hazırlanmış səhnədə hər modelyerin minimum 3 geyimdən ibarət bir neçə kolleksiyası göstərilib.

Ümumilikdə, layihədə 65 gənc modelyer və modellər iştirak edib. Festival iştirakçıları sertifikatla, peşəkar münsiflər heyəti tərəfindən seçilmiş ilk üç yerin sahibləri isə diplomla təltif olunub.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə-müəllim heyəti, incəsənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Günel






14 Aprel, 2014  09:41 Baxılıb: 690 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner