Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şirvanlı, Novruzlu, Baş Qərvənd, Kəngərli, Şuraabad, Şıxlar, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Simsar.az