Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yanukoviç Amerika CIA-ni ittiham edib

Ukarynanın Donetsk vilayətində ruspərəst qüvvələrin növbəti hədəfi Makeevka və Mariupol şəhərləri olub. Ötən gün axşam saatlarında fəallar hər iki şəhərin şura binasına hücum edərək qarşıdurma olmadan binaları zəbt ediblər. Makeevka şəhər meri Aleksandr Maltsev separatçılarla müzakirə aparmağa çalışıb, lakin onun bu cəhdi uğursuz olub. Mariupol şəhərində separatçılar şəhər şurasının binası üzərində Rusiya bayrağını dalğalandırıblar.

Ölkəni sabiq prezidenti Viktor Yanukoviç tökülən qanlara görə, Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat Agentliyini (CIA) ittiham edib. O, bu qurumun əsl provakator olduğunu bildirib və qeyd edib ki, Ukarynadakı zorakılıqlar bu ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər.

"Ölkədə indi vəziyyət yeni bir xarakter alıb. Ukraynada vətəndaş mühabirəsi astanasındadır. Regionda referendum keçirilməsi hazırda gərginliyi yatırmaq, qan tökülməsinin qarşısını almaq və Ukraynanın bölünməkdən qorumaq üçün yeganə yoldur" - deyə Yanukoviç qeyd edib.

Ukaryna milli təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenko ölkənin şərq vilayətlərindəki vəziyyəti şərh edib. Nalivayçenko qeyd edib ki, hazırda regionda baş verən hadisələrə müdaxilə etmək üçün çətindir. Onun sözlərinə görə, separatçılar təxribat törətmək üçün yaxşı təlimlər keçiriblər.

"Onlar etirazçıların arxasında gizlənərək, binalara hücum edir və rəsmilərə atəş açırlar" - deyə Nalivayçenko bildirib.

Bu arada, Donetskin Slovyansk şəhərində separatçıların özünü müdafiə dəstələri yol kənarlarında döyüş mövqeləri tutublar. Bir qədər əvvəl bölgədə müşahidə aparmaq üçün səfərbər olan ATƏT rəsmilərinin yolu üzərində təkərlər yandırılaraq yol kəsilmişdi.






14 Aprel, 2014  08:37 Baxılıb: 635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner