Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Deputatın yanıb külə dönən obyekti - FOTO

Bu gün səhər saat 05:00 radələrində Dənizkənarı Milli Parkda “Sevgilim” adlı kafedə yanğın baş verib. Hökumət Evi ilə üzbəüz kafedə baş verən yanğın nəticəsində kafe tamamilə yanaraq külə dönüb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunsa da, nəticəsi olmayıb. Kafe içərisindəki ləvazimatlarla birlikdə yanaraq kül olub. İlkin ehtimala görə, kafenin yanmasına səbəb qısaqapanma olub. Kafenin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus olduğu bildirilir.

Yanğın baş verən kafenin yerinin təmizlənməsi və yenidən yerində kafe tikilməsi üçün fəhlələr işə cəlb olunub. Artıq kafenin yerində qalan əşyalar tamamilə təmizlənib.

Kafeni işlədən müdiri və orada işləyən ofisiantları tapmağa çalışsaq da, bu, mümkün olmadı. Yaxınlıqdakı kafelərin birində aşbaz işləyən şəxs bildirdi ki, yanğın baş verən zaman müdir və ofisiantların əraziyə gəlişinə qadağa qoyulub: “Səhər işə gələn zaman artıq gördük ki, sanki burada ümumiyyətlə, kafe olmayıb. Yanğınsöndürənlər də ərazidə yox idi. Bu kafeni işlədən müdiri və ofisiantları yaxşı tanıyıram. Onlarla əlaqə saxlamağa çalışsam da, alınmadı. Çünki telefonları söndürülmüşdür. Yanğının qısaqapanmadan baş verdiyini düşünmürəm. Onsuz da Azərbaycanda nə yanğın olursa, hamısına qısaqapanma diaqnozu qoyulur. Adını bilməsək də, bu kafenin bir dövlət məmurunun olduğu haqqında eşitmişik. O baxımdan gələn jurnalistlərə çəkiliş aparmağa icazə verilmir. Hətta bunun  üçün Milli Parkın mühafizəçilərinə xüsusi tapşırıq verilib”.

Yanğın baş verən ərazidə çəkiliş apararkən aşbazın dediklərinin doğru olduğunu gördük. Parkın mühafizəçiləri çəkilişimizə imkan vermədilər. Səbəbini soruşduqda isə “bizə belə bir tapşırıq verilib ki, ümumiyyətlə ərazidə heç kəsin çəkiliş aparmasına icazə verməyək” - deyə mühafizəçilər cavab verdilər.

Kafenin yerinin təmizlənməsinə nəzarət edən şəxs bizimlə xüsusi ilə kobud davrandı. Hətta bizə kafenin hansı dövlət məmurunun olduğunu deməsə də, onu sübut edən cavab verməkdən çəkinmədi: “Siz heç bilirsiniz ki, bu kafe kimindir? Bunu bilsəniz çəkiliş aparmağa cəsarətiniz çatmaz”.

Yanan kafeyə yaxın ərazidəki digər kafelərin və Milli Parkın hadisə baş verən əraziyə yaxın işçilərinin də fikirlərini öyrənməyə çalışdıq. Onlar danışmaqdan imtina etdilər. Sanki bulvar baş vermiş yanğına görə susdurulmuşdu...

Əldə etdiyimiz məlumata görə, yanan kafenin sahibi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənovdur. Həsənov qardaşlarının Bakı şəhərində xeyli obyektlərinin, daşınmaz əmlaklarının olduğu deyilir.






12 Aprel, 2014  20:17 Baxılıb: 742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner