Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Taliban lideri həbs edildi

Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri Taliban rəhbərliyində yer alan Ağa Can Mutasimi ev dustağı edib.

Simsar.az-ın xəbərinə görə, Mutasim Talibanın maliyyə işlərinə rəhbərlik edib. Onun köməkçisi mətbuata açıqlamasında Taliban liderinin BƏƏ-də həbs edilməsini təsdiqləyib. Onun sözlərinə görə, Talibanın keçmiş nazirlər kabinetinin üzvü tezliklə Kabilə deportasiya edilə bilər. Ağa Can Mutasimin saxlanma səbəbləri açıqlanmır.

Bir muddət öncə yüksək rütbəli şəxsin ailə üzvləri Əfqan mediasına Mutasimin Birləşmiş Ərəb Əmirliklərində itməsi barədə məlumat vermişdilər. Ailə üzvləri bir həftə ərzində siyasətçinin telefon zənglərinə cavab vermədiyi səbəbindən narahat idilər.

Qeyd edək ki, Ağa Can Mutasim Talibanın ən nüfuzlu liderlərindən biri hesab olunur. Yanvarın sonunda o, Dubayda Əfqanıstanın xüsusi xidmət orqanları ilə danışıqlarda iştirak edib. Son cümə axşamı Mutasim Yüksək Barış Şurası nümayəndəsi Məhəmməd Əmin Vakadla görüşündə yaxın gələcəkdə BƏƏ ilə Taliban arasında danışıqlara başlamaq lazım olduğunu bildirib.







12 Aprel, 2014  21:12 Baxılıb: 696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner