Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İlham Mirzəyev 2 ay müddətinə həbs edildi

Məhkəmə İlham Mirzəyev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu gün Nərimanov Rayon Məhkəməsində tanınmış teleaparıcı İlham Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib.

Teleaparıcının vəkili Xanlar Ələkbərzadə açıqlamasında məhkəmənin onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçməsi barədə qərar çıxardığını deyib. X. Ələkbərzadə bildirib ki, İ. Mirzəyev məhkəmədə ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, dələduzluğa yol vermədiyini açıqlayıb.

Vəkilin sözlərinə görə, teleaparıcı deyib ki, başına gələn bu olayda 5 ay əvvəl haqqında şikayət etdiyi və hazırda işinə Yasamal Rayon Məhkəməsində baxılan Asif Əliyev adlı şəxsin yaxınlarından şübhələnir: “İlham Mirzəyev ölümlə hədələndiyi, döyülərək xəsarət aldığı üçün şikayət edib və Yasamal Rayon Məhkəməsində baxılan işlə əlaqədar prokuror bu günlərdə Asif Əliyevin 5 il azadlıqdan məhrum edilməsini istəyib. İlham Mirzəyev bu məsələdə də bilavasitə həmin müdafiə tərəfindən şübhələnir”.

 

Xatırladaq ki, məhkəmə prosesində İlham Mirzəyev 2 aylıq həbsə məhkum olunma xəbərini eşidincə, özündən gedib. Nərimanov məhkəməsinə təcili tibbi yardım briqadası çağırılıb və İlham Mirzəyevə tibbi yardım göstərilib.

 

Bundan sonra "İlhaMed" klinikasının təsisçisi və "Space" kanalının aparıcısı İlham Mirzəyev özünə gəlib.

 

Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bildirib ki, İ. Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.






12 Aprel, 2014  20:04 Baxılıb: 796 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner