Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İran Avropanın dəvətindən yenə imtina etdi

İran Avropa Parlamentinin dəvətindən yenidən imtina edib

Simsar.az-ın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin Avropa Parlamenti ilə əlaqələr komitəsinin şöbə müdiri Kazim Cəlali bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə  İran parlamentinin nümayəndə heyətinin Avropaya səfəri imkansızdır: “Lakin Avropa Parlamentinin İran xalqı ilə bağlı strategiyasının dəyişəcəyi təqdirdə bu səfərin baş tutacağına ümid edirəm. Avropa Parlamentinin İran əleyhinə olan son qətnaməsi iki tərəf münasibətlərində sərinliyin yaşanmasına səbəb olub.

Qeyd edək ki, İran parlamentinin nümayəndə heyəti Avropa Parlamentinin İranla əlaqələr komitəsinin sədri Tarye Kronberqin dəvəti ilə 27-28 aprel tarixində Strasburqa səfər etməyi planlaşdırmışdı. Ancaq səfər Avropa Parlamentinin aprelin 6-da İran əleyhinə qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq təxirə salınıb. Qətnamədə 2013-cü il iyunun 14-də İranda keçirilmiş prezident seçkilərinin Avropa standartlarına uyğun olmadığı və rəsmi Tehran insan hüquqlarını pozmaqda davam etdiyi qeyd olunub. Bu da etiraza səbəb olub və İran parlamentinin 200-ə yaxın deputatı aprelin 6-da sənədi kəskin şəkildə pisləyən bəyanat qəbul edib. Ancaq bununla belə, T.Kronberq İran parlamentinin nümayəndə heyətinə məktub ünvanlayaraq onları növbəti dəfə Avropaya səfərə dəvət edib.

 







12 Aprel, 2014  17:59 Baxılıb: 663 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner