Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baş redaktor üzünü nazirə tutdu

Baş redaktor Ramil Usubova növbəti müraciət

Ötən ilin sonunda “Yeni Qəzet”in baş redaktoru Kamran Məhərrəmli ona gizli nömrədən olan söyüş, təhqir, hədə-qorxu zəngləri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişdi. Müraciətlə bağlı baş redaktor saytımıza açıqlamasında deyib ki, əvvəlcə ona Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi zəng edərək narahatçılığa əsas olmadığını və məsələnin tezliklə həll olunacağını bildirib. Sonra onu Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov qəbul edib. 

“Sözün düzü, BMCMİ-nin əməkdaşlarının və hörmətli generalın operativ müdaxiləsi və mətbuata qarşı sayqılı münasibəti mənə ümid verdi ki, məsələ tezliklə həllini tapacaq və günahkarlar layiqli cəzasını alacaq. Ancaq araşdırma nəticəsində mənə gizli nömrədən olan zəngləri “Gündəlik Bakı” qəzetinin xüsusi müxbiri Günel Pəhləvan qızı Qurbanovanın təşkil etdiyi məlum olsa da (o, öz izahatında bunu etiraf edib) bu günədək onunla bağlı heç bir tədbir görülməyib və mənə rəsmi cavab verilməyib. Bundan sonra da mənə hədə-qorxu zəngləri daha pis formada davam edir və mən bu barədə BMCMİ-ni xəbərdar eləmişəm”.

Kamran Məhərrəmli onu da qeyd edib ki, Günel Qurbanovanın üzərində məhkumluq var bunu DİN rəhbərliyi nəzərə almalıdır. Baş redaktor daxili işlər naziri Ramil Usubovdan mütəşəkkil dəstənin üzvləri barəsində cinayət işi qaldırılmasını tələb edir.






7 Mart, 2011  16:57 Baxılıb: 1654 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner