Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DİN-dən polis rəisinin gecə klubuna - Reaksiya

“Nazirlik bunu əhəmiyyətli xəbər hesab etmir. Heç bir fakta əsaslanmayan xəbərlərin araşdırılması vaxt itkisindən başqa bir şey deyil”

Bu sözləri “Axar.az”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Nəsimi rayonu, Azadlıq prospekti 58 V-də yerləşən “Buqatti” adlı gecə klubunun sözügedən rayonun polis rəisi Musa Musayevə məxsus olması iddiasına münasibət bildirərkən deyib.   E.Zahidov qeyd edib ki, bu, əsaslandırılmamış iddiadır: “Musa Musayev polis rəisidir, polkovnikdir. Belə bir insanın bu cür qeyri-ciddi bir işlə məşğul olması mümkün deyil. Polis rəisinin işi o qədər məsuliyyətlidir ki, onun əlavə özəl işlərlə məşğul olmağa imkanı yoxdur. Bir polis rəisinin şəxsi obyektinin olmasına heç ehtiyacı da yoxdur. Nazirlik bu iddialarla bağlı araşdırma aparmağa ehtiyac duymur”.   DİN rəsmisi sözlərinə görə, polis rəisinin əlavə özəl işlə məşğul olması qanunla qadağandır: “Polis rəisinin şəxsi obyekti ola bilməz. Qanun buna icazə vermir”.   Xatırladaq ki, Nəsimi rayonu, Azadlıq prospekti 58 V ünvanında yerləşən “Buqatti” adlı gecə klubunun sözügedən rayonun polis idarəsinin rəisi Musa Musayevə məxsus olması barədə mediada xəbərlər yayılıb. M.Musayev bununla bağlı açıqlama verməyib.   İdarədən “Axar.az”a Musa Musayevin bi neçə gündür işə gəlmədiyini bildiriblər.






12 Aprel, 2014  13:20 Baxılıb: 789 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner