Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Seyid Şuşinski anıldı

Bu gün Seyid Şuşinskinini doğum günüdür Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi, Cabbar Qaryağdıoğlu nun “Şərq musiqisinin incisi” adlandırdığı Seyid Şuşinski 1889-cu ilin bu günü Füzuli rayonunun Horadiz kəndində anadan olub. Uşaqkən valideynlərini itirən Seyid xanəndə olan xalası Məşədi Hürzadın himayəsində böyüyür. Seyidin peşəkar xanəndə kimi yetişməsində Şuşa mühitinin həlledici rolu olub. Xanəndəlik sənətinin sirrlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada M. M. Nəvvabın musiqi məktəbində təhsil alıb. 1913 və 1914-cü illərdə “Ekstrafon” aksioner cəmiyyəti tərəfindən Kiyevdə onun ifasında bir sıra muğamlar vala yazılıb. S.Şuşinski 1919-cu ildən Bakıda yaşayıb, fəhlə klublarında konsertlər verib, teatr tamaşalarında, konsertlərdə çıxış edib. Seyid Şuşinski ictimai-siyasi mövzuda olan “Ayıl ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s. şeir və qəzəlləri ilə xalqı mübarizəyə çağıran ilk xanəndə olub. Daha sonra Tiflisdə fəaliyyət göstərmiş Seyid Şuşinski xanəndəlik sənətini daha da təkmilləşdirib, bədii zövqü və səhnə ustalığı formalaşmışdı. Onun oxuduğu “Çahargah”, “Hümayun”, “Rast”, “Mahur”, 'abul”, “Şahnaz”, “Mirzə Hüseyn seygahı”, muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bəzərsiz sənət əsərləri kimi özünəməxsus yer alıb 1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında, sonra isə Azərbaycan Dövlət Musiqi Məktəbində muğam sinifində müəllimlik etməyə başlayır. 1939-1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Radiosunun solisti olub, ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyib. O, bir çox muğamlara yeni guşələr əlavə edir, bir çox muğamları birləşdirib oxuyur. Bunlardan “Rast-Hümayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz” dəstgahları diqqətə layiqdir. Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında da məsləhətçi kimi böyük köməyi olub. O 1956-cı ildə Xalq artisti,1961-ci ildə isə əməkdar müəllim adlarına layiq görülüb. Lakin bu qədər hörmətə, şan-şöhrətə malik, sənətin zirvəsinə qalxan Seyid Şuşinskinin son günlərində qayğısına qalan yalnız tələbələri idi. Müğənnilərdən H. Rzayeva, Y. Kələntərli, Ə. Əliyev, R. Muradov, Z. Xanlarova, İ. Rzayev və b. onun yetişdirmələridir. S.Şuşinski 1 oktyabr 1965-ci ildə 76 yaşında dünyasını dəyişib. Xalqın iradəsi ilə onu Fəxri Xiyabanda dəfn ediblər.

Simsar.az






12 Aprel, 2014  09:52 Baxılıb: 1059 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner