Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazirlik sahibkarlar üçün treninq keçirib

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzi regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu gün Mərkəzin Xaçmaz nümayəndəliyinin təşkilatçılığı ilə “Biznes planların və investisiya layihələrinin hazırlanması”, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında növbəti treninqlər Xaçmaz rayonunda keçirilib.

Tədbirdə biznes planların və investisiya layihələrinin hazırlanması, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması barədə təqdimatlar keçirilib, iştirakçılara biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi, maliyyə planı, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib.

Bundan başqa, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.


Simsar.az






11 Aprel, 2014  19:02 Baxılıb: 867 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner