Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məleykə Abbaszadə şok açıqlama verdi

“Nazirlikdə saxta diplomlu 40 nəfəri işləyirmiş”

TQDK sədri: “Ali məktəbə saxta yolla daxil olmağın qarşısı alınacaq”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Tələbə-məzun” dövlət sistemi ali məktəbə saxta yolla daxil olmağın qarşısını alacaq. Bunu APA-ya açıqlamasında TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, TQDK qəbulla bağlı məsələlərin aydınlaşdırılması üçün bu sistemdən öz daxili işlərində istifadə edir: “Hazırda bu sistemə Maliyyə, Təhsil, Milli Təhlükəsizlik nazirliklərinin, Respublika Prokurorluğunun qoşulması üçün təşkilati işlər aparılır. Bu sistemi elə qurmalıyıq ki, onunla bağlı məlumatlar hər bir nazirlikdə olsun. Bunun üçün terminallar, yeni serverlər qurulmalıdır. Təbii ki, hər bir nazirliyin parolu olacaq. Bu parol vasitəsilə onlar bu sistemə qoşulub lazım olan məlumatları yoxlaya biləcəklər. Biz təşkilatların işçilərinə də müəyyən təlimatlar keçməliyik ki, onlar bu sistemlə işləyə bilsinlər. Bu prosesin bu il ərzində başa çatacağı gözlənilir. Proses yekunlaşdıqdan sonra məktəblərə qanunsuz yolla daxil olma və köçürmə halları azalacaq”.

M. Abbaszadənin sözlərinə görə, yalnız ötən il ərzində Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, Respublika Prokurorluğu, Hərbi Komissarlıq, müxtəlif təhsil şöbələri və məktəblərdən 15 min şəxs haqqında məlumatların aydınlaşdırılması üçün TQDK-ya sorğu göndərilib: “Bu yaxınlarda mənə nazirliklərin birindən 40 nəfərin həqiqətən də ali və orta ixtisas məktəblərini bitirib-bitirməməsi ilə bağlı məlumat istədilər. Məlum oldu ki, onlar hamısı saxta diplomludur. Həmin şəxslər işdən azad edildi. İndi bu yoxlamaları müraciətlər əsasında biz keçiririk. Amma “Tələbə-məzun” sistemi işləyəndən sonra artıq bizə müraciət etmək lazım olmayacaq. Nazirliklər özləri bu yoxlamaları apara biləcəklər. Nəticədə bu proses şəffaflaşacaq. İnsanlar da biləcəklər ki, haraya getmələrindən asılı olmayaraq, saxta diplomla iş tapa bilməyəcəklər, onların diplomunun saxtalığı üzə çıxacaq. Belə məsələlər ali məktəbə saxta yolla daxil olmağın qarşısını da alacaq. İnsanlar biləndə ki, saxta sənədlə iş tapa bilməyəcəklər, onda qanunsuz yolla ali məktəbə qəbula can atmayacaqlar. Eyni zamanda, ali məktəbdə işləyən şəxslər də elə hesab edirlər ki, biz ildə bir dəfə yoxlama aparırıq, bu yoxlamadan sonra hansı tələbəni istəsələr başqa məktəbə köçürə bilərlər, bu da heç kimə məlum olmayacaq. Amma indi artıq onlar bilirlər ki, bu sistemə TQDK-dan başqa Respublika Prokurorluğu, Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Təhlükəsizlik Nazirliyi də qoşulub. Bu sistemdə tamamilə açıq şəkildə göstəriləcək ki, neçə nəfər ali məktəbə qəbul olunub, neçəsi köçürülüb, neçəsi xaric edilib. Sistem qanunsuz köçürmələri aşkara çıxaracaq. Özü də bu, təkcə bizə yox, bütün ictimaiyyətə, nəzarət orqanlarına məlum olacaq”.

M. Abbaszadə qeyd edib ki, bu sistemə 1992-ci ildən indiyədək ali və orta ixtisas məktəblərinin qəbul imtahanlarında iştirak edənlər haqda məlumatlar daxil edilib. Hazırda bu sistemdə 2 milyondan insan haqqında məlumat var.






7 Mart, 2011  16:15 Baxılıb: 1531 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner