Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Erməni prokuror azərbaycanlı tələbəyə ömürlük həbs cəzası istədi

Ötən ilin noyabr ayında Ukraynada bir yerli vətəndaşın qətlində, birinin isə ağır yaralanmasında təqsirli bilinən azərbaycanlı tələbə Məhəmməd Arzu oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Simsar.az-ın APA-ya istinadən məlumatına görə, M.Abdullayevin də oxuduğu Odessa Milli Rabitə Akademiyasının Beynəlxalq tələbə mübadilə şöbəsinin əməkdaşı, Azərbaycanlı Tələbələr Təşkilatının rəhbəri Həsən Əliyev açıqlamasında bildirib ki, artıq məhkəmənin iki iclası olub. Azərbaycanlı tələbənin son məhkəmə iclasında məhkəmə istintaqı yekunlaşıb və milliyyətcə erməni olan dövlət ittihamçısı çıxışında qətlin milli zəmində baş verdiyini iddia edərək, yerli qanunvericiliyə əsasən M.Abdullayevə ömürlük həbs istəyib. Məhkəmə son qərarı növbəti iclasa saxlayıb. H.Əliyev qeyd edib ki, məhkəmənin növbəti iclasının tarixi ölkədə baş verən hadisələrlə əlaqədar olaraq qeyri-müəyyən müddətə təxirə salınıb. Qeyd edək ki, ötən il noyabrın 18-də axşam saatlarında Odessada azərbaycanlı tələbələrin daha çox qaldığı yataqxananın qarşısında baş verən kütləvi dava nəticəsində ölüm hadisəsi qeydə alınıb. Məhəmməd Abdullayev iki-üç azərbaycanlı tələbə ilə hansısa əyləncə mərkəzindən qayıdan zaman yataqxananın qarşısında taksidən düşdükdən sonra yerli sakin olan üç nəfər orta yaşlı şəxs sərxoş halda onların qarşısını kəsib. Nəticədə milli zəmində mübahisə düşüb və əlbəyaxa davaya çevrilib. Bu zaman M.Abdullayev haradansa əldə etdiyi bıçaqla onlardan ikisini bıçaqlayıb. Bıçaq sərxoş şəxslərdən birinin ürəyinə işlədiyi üçün o, yerindəcə ölüb. Hadisədən sonra Məhəmməd Abdullayev oxuduğu Akademiyadan xaric edilib.






11 Aprel, 2014  18:31 Baxılıb: 647 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner