Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirdən əlaçı şagirdlərə sürpiriz

Bakı Şəhər Təhsil İdarəsi və “Park Cinema” kinoteatrlar şəbəkəsi arasında uşaq, yeniyetmə və gənclərin istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədi ilə əməkdaşlıq başlayıb. 
Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, aprelin 14-dən mayın 2-nə qədər Nərimanov rayonu üzrə ümumtəhsil məktəblərinin əlaçı şagirdləri (2828 nəfər) “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Metropark” alış - veriş mərkəzində yerləşən kinoteatrında göstərilən film və animasiyaları pulsuz izləyə biləcəklər.
Ancaq şagirdlər üçün nəzərdə tutulan film və animasiyaların həftənin 5 günü 2 seans olaraq göstərilməsi nəzərdə tutulub. Birinci seans saat 15:00, ikinci seans isə saat 17:00 – da baş tutacaq.
Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin inkişafı üçün uşaq, yeniyetmə və gənclər arasında kino və teatrlara getmək mədəniyyətini formalaşdırmaqdır.

Aysel Kərimova






11 Aprel, 2014  17:24 Baxılıb: 784 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner