Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Millət vəkili: “Hələ də Ermənistana təzyiq olunmur...”

“Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı kifayət qədər sənəd qəbul ediblər. BMT Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı 4 qətnamə qəbul edib. Avropa Şurasının Azərbaycanla da bağlı qətnamələri var. Ancaq bizi qane etməyən hallar var”. Bunları Simsar.az-a açıqlamasında millət vəkili Mübariz Qurbanlı beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsində rollarını şərh edərkən bildirib. 

Millət vəkili vurğulayıb ki, Azərbaycanı qane etməyən təcavüzkara təcavüzkar kimi davranılmamasıdır. “BMT-nin qətnaməsində Azərbaycanla bağlı qəbul olunan bəyannamədə deyilir ki, BMT Ağdam rayonu və Azərbaycanın işğal olunmuş digər torpaqlarının zəbtini, regionda düşmənçilik hərəkətlərini, həmçinin mülkü əhaliyə hücumlar və yaşayış rayonlarının bombardman edilməsini və artilleriya atəşinə tutulmasını pisləyir. Bütün hərbi əməliyyatların dayandırılmasını, təcili, tam və danışıqsız olaraq Azərbaycanın işğal olunmuş digər rayonlarından münaqişədə iştirak etmiş silahlı qüvvələrinin çıxardılmasını tələb edir. Tərəfləri razılaşmaya gəlməyə və bu razılaşmaya əməl etməyə çağırır. Lakin 1994-cü ildə qəbul olunan bu qətnamələrdən bu günə kimi hansı həyata keçirilib?! Ermənistana təcavüzkar kimi davranılsaydı bu gün həmin təşkilatların fəaliyyətinə müsbət qiymət verərdik. Təəssüf ki, həm BMT, həm Avropa Şurasında, həm NATO-da təcavüzaka uyğun münasibət görmürük. Məsələn, bu gün Rusiyanın Krımla əlaqədar hərəkətlərinə beynəlxaql qurumlar dərhal reaksiya verdilər. Bu fakt Ermənistanla müqayisədə təbii ki, eyni səviyyəli deyil. Amma bütövlükdə sənədlər qəbul olunub. Proses gedir. Amma hələ də Ermənistana təzyiq olunmur...”

Aynur Bayramova






11 Aprel, 2014  16:19 Baxılıb: 664 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner