Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Dağıstanda məscidin imamı öldürüldü

Maqomed Zakaryayevin vəhhabi təriqətinə qarşı olduğu üçün öldürüldüyü güman olunur

Rusiyanın Dağıstan Respublikasının Qızıl-Yurd bölgəsində məscidin imamı qətlə yetirilib.

APA-nın Rusiya bürosunun məlumatında görə, dünən gecə saatlarında iki naməlum silahlı şəsx imam Maqomed Zakaryayevin evinə girərək onu qətlə yetiriblər.

Qatillərin tapılması istiqamətində Rusiya hüquq-mühafizə orqanları axtarışa başlayıb.

M.Zakaryayevin vəhhabi təriqətinə qarşı olduğu üçün öldürüldüyü güman olunur.

Qeyd edək ki, təkcə 2012-ci ildə Rusiyada 7 nəfər din adamı silahlı hücum nəticəsində qətlə yetirilib. Müsəlman din adamlarına qarşı silahlı hücumlar daha çox Şimali Qafqazda baş verib. 2012-ci ilin avqustunda Dağıstanda 74 yaşlı imam Şeyx Səid Atasayev sui-qəsd nəticəsində öldürülüb.

2012-ci iiin iyul ayında Tatarıstanın müftisi İlduz Faizovun avtomobilinə qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində müfti ağır yaralanıb, onun köməkçisi isə həyatını itirib.






11 Aprel, 2014  16:13 Baxılıb: 614 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner