Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İraqın Azərbaycandakı səfirliyindən – BƏYANAT

“Əsasız xəbərlərə və faktlara yol verən KİV-lərlə gələcəkdə əməkdaşlıqdan imtina ediləcək”

İraqın Azərbaycandakı Səfirliyi bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, 8 aprel 2014-cü ildə mətbuatda jurnalist Laçın Səmla tərəfindən yayımlanan  materialda yazılıb ki, “İraq prezidenti cənab Cəlal Təlabaninin  bir il öncə Almaniyada xəstəxanada vəfat edib və son zamanlar yayılan şəkillər vəfatından öncə çəkilən şəkillərdir”.

Xəbərdə istinad adı çəkilməyib. Lakin istinad nöqtəsi kimi diplomatik mənbə qeyd olunub. Jurnalist Laçın xanım bunu da bildirib ki, diplomatik mənbə prezidentin ölüm xəbərini belə izah edir ki, əgər prezident vəfat etsə və yaxud prezidentlik səlahiyyətlərini icra edə  bilmədiyi təqdirdə Prezidentlik postu avtomatik olaraq İraq parlamentinin sədrinə həvalə olunur.

Belə ki, İraq Respublikasının parlametinin sədri  Usama əl-Nujeyfi və məzhəbcə sunni olduğu üçün İraqın şiələri və kürdləri əlbir olub bu xəbəri gizlədiblər ki, sünnilərdən heç kim prezident postunu tutmasın.

Xəbərdə həmçinin qeyd olunub ki, prezidentin vəfatı haqqında məlumat 30 aprel 2014-cü ildə İraqda keçiriləcək Parlament seçkilərindən sonra yayımlanacaq.

Səfirlik qeyd edir ki, bu yayılan materiallar tamamilə əsasızdır. Prezidentin səhhəti stabildir və getdikcə yaxşılığa doğru gedir. Və son zamanlar yayılan şəkillər isə 21.03.2014 tarixində, Novruz bayramı vaxtı çəkilmiş şəkillərdir.

Səfirlik Azərbaycan Kütləvi İnformasiya Vastələrinin İraq haqda əsasız və mənbələri qeyd olunmamış xəbərlər yaymamağa çağırır.

Eyni zamada səfirlik xəbardar edir ki, belə böhtanların və iftiraların təkrarlandığı təqdirdə, əsasız xəbərlərə və faktlara yol verən KİV-lərlə gələcəkdə əməkdaşlıqdan imtina ediləcək.

Aynur

 






11 Aprel, 2014  14:59 Baxılıb: 747 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner