Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Merlin hansı kitabları oxuyurdu?

1962- ci ildə öldürülən Merlin Monronun xeyli kitabları qalıb.Simsar.az-ın verdiyi məlumata görə, ölümündən 52 il sonra belə Merlin Monro hələ də Hollivudun ən məşhur ulduzlarından biri olaraq qalır. Monronun haqqında ən az bilinən şey isə onun kitab həvəskarı olmasıdır. Fransız jurnalisti George Belmonta “Çəkilişlərimin olmadığı vaxtlarda nə etdiyimi heç kim təxmin edə bilməz” deyən Monro “Məktəbə gedirəm! Bir müddət Kaliforniya Universitetində gecə kurslarına qatılıdım. Amerika tarixi və ədəbiyyat tarixi dərsləri aldım çox oxumağa başladım. Bir çox maraqlı yazarların kitablarını kəşf etmə şansına belə sahib oldum ” deyə əlavə etmişdi. Monronun kitabxanasındakı kitablara göz gəzdirdikdə ilk diqqət çəkən onun D.H. Lavrens heyranılığının olduğu ortaya çıxır. Romanlara olan marağının ötəri olmadığı kitabxanasının Ralph Ellisonun “Görünməz adam” ından, Ceyms Coysun “Uilsses”inə, Dostayevskinin “Cinayət və Cəza” sından Anton Çexovun dramları kimi ədəbiyyatın sütunları hesab oluna biləcək əsərlərin olması ilə aydın olur. Digər tərəfdən Bob Dylan olmaq üzərə bir çox musiqiçinin ilham qaynağı olan Voody Guthrienin “Bound For Glory” avtobioqrafiysı, Teador Draperin günümüzdə belə dəyərini itirməyən “The Roots Of American Communism”i ilə eyni rəfi paylaşır. Freydin Marcel Proust və Bertrand Russellin yaradıcılığı kitabxanadakı ən modern mətinlərdir. Bəzi kitablar isə Monronun hobbiləri və şəxsi həyatı ilə bağlı ip ucları verir. Julien İmpotence İn The Male və Dr. Benjamin Spockun “Körpə və uşaq baxımı” kimi kitablar. Monronun kitabxanasından hazırlanmış siyahıda Albert Kamus, Aleksandr Düma, Skott Fitzgerald, İan Fleming, Tomas Mann, Corc Bernard Şou, Mark Tven, Qusatv Flaubert, Emil Zolya, Ziqmund Freyd, Viliam Folkner, Ceyms Coys, Oskar Vayld, Luis Kerrol, Viliam Şekspir və bir çox məşhur yazarların əsərləri daha çox diqqəti çəkir.

Günel

 






11 Aprel, 2014  14:13 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner