Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

II Açıq Cəmiyyətlər Forumu keçiriləcək

Forumda 54 ölkənin sabiq rəhbəri iştirak edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın sabiq ölkə başçısı xanım Vayra Vike-Frayberqa və ölkənin digər keçmiş prezidenti Valdis Zatlerslə II Açıq Cəmiyyətlər Forumuna dair müzakirələr aparılıb. Simsar.az xəbər verir ki, Latviyanın paytaxtı Riqada baş tutan görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək Forumun proqramı, toplantının gündəliyi müzakirə olunub.

II Açıq Cəmiyyətlər Forumunda açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlər müzakirə ediləcək.

Forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Roma Klubu və Madrid Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 54 ölkədən 150-dən çox nümayəndənin iştirakı nəzərdə tutulub.

Aynur Bayramova







11 Aprel, 2014  13:36 Baxılıb: 597 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner