Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hüseyn Cavid yaradıcılığı ABŞ-da tədqiq olunur

Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, dahi dramaturq və şair Hüseyn Cavidin yaradıcılığı ABŞ-ın Massaçusets Amherst Universitetində tədqiq olunur.

H.Cavidin Ev Muzeyindən Simsar.az-a verilən məlumata görə, həmin universitetin professoru Audrey L.Altstadt H.Cavid yaradıcılığının tədqiqi ilə uzun müddətdir ki, məşğul olur. Onun Beynəlxalq Dil və Ədəbiyyat jurnalının (Journal of Language and Literature) 2014-cü ilin fevralında çapdan çıxan 5-ci cildinin 1-ci sayında "Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi" ("Husein Javid and The Writers Union of Azerbaijan") adlı məqaləsi də çap olunub.

Audrey L.Altstadt 2012-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyinin H.Cavidin 130 illik yubileyi münasibətilə keçirdiyi "Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında" adlı beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə edib. Hazırda alim AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə sıx əlaqədədir və tədqiqatını davam etdirir

Günel






11 Aprel, 2014  12:59 Baxılıb: 783 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner