Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azerbaijan around the world” – Layihə

Aprelin 11-dən etibarən sosial şəbəkələrdə “Azerbaijan around the world” ("Azərbaycan dünyada") adlı yeni layihə başlanılır. Simsar.az xəbər verir ki, layihənin məqsədi ölkəmizin mədəni irsinin, qədim adət-ənənələrinin fotoşəkillər vasitəsilə dünyaya təqdim edilməsindən ibarətdir. Özünün zəngin sənət nümunələrini, nadir sənət incilərini bütün dünyaya tanıtdırmaq məqsədilə Azərbaycan Respublikası bir çox dövlətlərlə qarşılıqlı mədəni əlaqələr qurmuş, müxtəlif beynəlxalq mədəni tədbirlərdə öz tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini tanıtdırmaq istiqamətində mühüm tədbirlər həyata keçirib. "Azərbaycan dünyada" layihəsi milli koloritinə və nadir gözəlliyinə görə dünya ölkələri sırasında layiqli yer tutan Azərbaycanın qədim və zəngin tarixinin qeyri-adi şəkildə təqdim edilməsi, mədəni irsinin qorunması və təbliği, fotoşəkillər vasitəsilə ölkəmizin müasir simasının dünyada tanıdılması, eyni zamanda, fotoşəkil sənətində özünü sınamaq istəyən yeni istedadların axtarışı kimi vəzifələrə xidmət edir.

Layihədə peşəkar fotoqraflar və foto həvəskarları iştirak edə bilərlər. Fotolar rəngli, eləcə də ağ-qara şəkildə hazırlana bilər. Layihədə iştirak edən foto əsərinin müəllifi və fotonun çəkildiyi məkan haqqında məlumatlar təqdim olunacaqdır. Fotoşəkilləri, müəllif və foto haqqında məlumatları info@azpicworld.com elektron ünvanına göndərə bilərsiniz. Layihədə iştirak pulsuzdur. Layihənin müəllifləri Mir Kənan Rzayev, Fərhad Abdullayev və Linara Əsgərova bildiriblər ki, biz milli irsimizi özündə əks etdirən fotoşəkilləri dünyanın müxtəlif ölkələrinin ən məşhur yerlərində çəkəcəyik. Müəlliflər ümid edirlər ki, ərsəyə gətirəcəkləri layihə ölkəmizin təbliği və tanıdılması işinə öz töhfələrini verəcək.

Günel







11 Aprel, 2014  12:43 Baxılıb: 1030 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner