Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ƏƏSMN arayış işini asanlaşdıracaq

Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron informasiya sisteminin tətbiqi nəticəsində işçi vətəndaşların bu və ya digər məsələlərlə əlaqədar iş yerləri və ya əmək haqları barədə arayış təqdim etməsi işi xeyli asanlaşacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən xəbərə görə, hər hansı vətəndaşla bağlanan əmək müqaviləsi barədə bildirişdə işçi ilə işəgötürən arasında əmək münasibətlərinin bütün şərtləri ilə yanaşı, müəyyən olunan əmək haqqı barədə məlumat da əksini tapacaq. Vətəndaş bu və ya digər təşkilat tərəfindən onun əmək haqqı barədə məlumat istənildiyi zaman onunla bağlanmış və elektron informasiya sistemində mövcud olan əmək müqaviləsi bildirişini çap edərək həmin təşkilata təqdim edəcək. Eyni zamanda qeyd olunan bildiriş formasını vətəndaş həmin təşkilatın e-ünvanına da göndərə biləcək.

Xatırladaq ki, elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri artıq yekunlaşıb və müvafiq sınaq işləri aparılmaqla sistemin təkmilləşdirilməsi işləri aparılır. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin “elektron hökumət” portalı üzərindən tətbiqinə başlanacaq. Həmçinin nazirlik Nazirlər Kabinetinin “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” qərar layihəsinin hazırlanması işlini başa çatdırıb.

 






11 Aprel, 2014  11:51 Baxılıb: 630 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner