Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Əli Babacan erməni soyqırımından danışdı

“ABŞ əsassız erməni iddialarını daxili siyasətinə alət etməməlidir”. Bu sözləri Türkiyənin baş nazirinin müavini Əli Babacan ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul etməsinə münasibət bildirərkən deyib. Simsar.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, Ə.Babacan “ABŞ Senatınının 99 il bundan əvvəl törədildiyi iddia edilən hadisələr araşdırılmadan belə bir qərar qəbul etməsi doğru deyil" deyə, fikir bildirib. Baş nazirin müavini qeyd edib ki, qondarma "erməni soyqırımı"ndan ABŞ-ın daxili siyasət vasitəsi kimi istifadə edilməsi xoşagələn hal deyil. Babacan qeyd edib ki, Ankara bu kimi halların qarşısını almaq iqtidarındadır. Dünən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verdiyi açıqlamada saxta "soyqırım" iddialarının Türkiyə-ABŞ münasibətlərinə təsir etməyəcəyini bildirib. Xatırladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Günel







11 Aprel, 2014  10:51 Baxılıb: 642 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner