Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əməkdar rəssamın əsərləri sərgiləndi

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar Rəssam Odtəkin Ağababayevin 85 illiyi münasibətilə fərdi yaradıcılıq sərgisi açılıb

Simsar.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Odtəkin Ağababayevin milli rəsm sənətimizə bəxş etdiyi dəyərli sənət nümunələrindən danışıb. Qeyd edilib ki, Əməkdar Rəssamın müxtəlif janrlarda yaratdığı əsərlər hər zaman böyük maraqla qarşılanıb. Odtəkin Ağababayevin maraqlı həyat yolu keçdiyini bildirən Fərhad Xəlilov vurğulanıb ki, o, V.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil aldığı illərdə də özünü istedadlı rəssam kimi tanıtmağa müvəffəq olmuş, sonrakı illərdə isə daha böyük uğurlara imza atıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, gözəl rəssamımız Odtəkin Ağababayevin yaradıcılığı Azərbaycanın dövlət başçısı tərəfindən də yüksək qiymətləndirilmiş və ona “Əməkdar Rəssam” fəxri adı verilib. Bu gün də dövlətimiz mədəniyyət işçilərinə qayğı və diqqətini əsirgəmir. Azərbaycan rəssamları onlar üçün yaradılan şəraitdən bəhrələnərək yeni-yeni əsərlər ərsəyə gətirir, respublikamızı xarici ölkələrdə uğurla təmsil edirlər. O.Ağababayevin “Dəniz”, “Bağlar”, “Xəzərdə xəzri”, “Ağ libaslı xanım”, “Bazar” və digər əsərlərinin Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanıldığını qeyd edən nazir müavini rəssamı yubileyi münasibətilə təbrik edib.

Günel






11 Aprel, 2014  09:21 Baxılıb: 794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner