Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir: “Zimbabve ilə yeni əlaqələr qurulacaq”

Xarici işlər nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Simsar.az xəbər verir ki, qonaqları salamlayan nazir Elmar Məmmədyarov, Zimbabve xarici işlər nazirinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd etmişdir. Azərbaycanın regionun lider ölkəsi olduğunu bildirən Azərbaycanın xarici işlər naziri, ölkəmizin Afrika ölkələri ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.

Zimbabve ilə bir çox sahələrdə, o cümlədən təhsil, turizm və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan nazir Elmar Məmmədyarov, bunun üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Eyni zamanda görüşdə Azərbaycan ilə Zimbabve arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.

Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvi ölkəmizə səfərindən məmnun olduğunu bildirmiş və ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqda Zimbabve Respublikasının xarici işlər nazirinə məlumat verən nazir Elmar Məmmədyarov, Azərbaycanın münaqişənin beynəlxalq hüquq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib.

Həmçinin nazir Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistan münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlara məhəl qoymayaraq, Azərbaycan ərazilərinin işğalını davam edir.

Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

Aynur Bayramova







10 Aprel, 2014  20:51 Baxılıb: 641 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner