Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şəfiqə Axundovanın 90 illiyi qeyd olundu

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Filarmoniyadan Simsar.az-a verilən məlumata görə, iştirakçılar foyedə Ş. Axundovaya həsr olunan fotosərgi ilə tanış olublar.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Ş. Axundova Azərbaycan musiqisinin ustad novatorlarındandır: “Şəfiqə Axundova “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk edib. Bu əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünə həmişə layiqli yer tutub”.

Nazir müavini qeyd edib ki, bəstəkar özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb: “Lakin bəstəkarın qəlbi daim vokal musiqisi ilə bağlı olub, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib. Bu mahnılar Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və digər populyar müğənnilərimizin repertuarlarında əsas yer tutub və bu gün də sevilə-sevilə ifa olunur”.

Xatirə gecəsində Azərbaycan dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib.







10 Aprel, 2014  20:00 Baxılıb: 820 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner